DTX rəisi: “Azərbaycanda teror planlaşdıranların qarşısı alınır”

DTX rəisi: “Azərbaycanda teror planlaşdıranların qarşısı alınır”
12:49 24 Sentyabr 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda teror planlaşdıranların qarşısı alınır"

 

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev bildirib.

 

M. Quliyev deyib ki, azərbaycanlı gənclərin radikal dini qruplara qoşulmaması üçün maarifləndirici tədbirlər aparılır: “Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir. Xalqımız prezidentimizin ətrafında sıx birləşib. Təbii ki, belə bir şəraitdə gedib qara işlərlə məşğul olmaq düzgün deyil".

 

M. Quliyev deyib ki, Azərbaycanda terror etməyə cəhd edən xeyli sayda qüvvələr olub: “Amma belə terror hazırlıqların qarşısı vaxtında əməkdaşlarımız tərəfindən alınıb. Təbii ki, onlar yenə də belə terror aktları həyata keçirməyə planlaşdırırlar. Amma Azərbaycanın hüquq-mühafizə orqanları bu gün dövlət başçısının tələblərini yerinə yetirirlər və belə tədbirlərin qarşısını vaxtında alırlar”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR