Bu gün Topaz Premyer Liqasında VI tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, turun son oyunu Qəbələdə keçiriləcək.
Yerli komanda “Neftçi” ilə qarşılaşacaq. Tarixinin ən uğursuz dövrünü yaşayan bakılılar Tərlan Əhmədovun rəhbərliyi altında ilk səfərinə çıxacaq. Çempionatda 7 matçdı qələbə qazana bilməyən qonaqlar azarkeşlərini sevindirmək üçün iddialı rəqibini büdrətməlidi.
Roman Qriqorçukun yetirmələri isə ardıcıl ikinci qələbə ilə durumunu daha da yaxşılaşdıra bilər. Əyalət klubunun bu tur irəliləməsi mümkün olmasa da, “qırmızı-qaralar” xal hesabını artırmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, VI turun digər oyunlarında "Qarabağ" "Sumqayıt"ı 4:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə yenib, "Zirə" - "İnter" görüşündə qalib müəyyənləşməyib.
Premyer Liqa
2017/18 mövsümü
I dövrə, VI tur
24 sentyabr
18.00 Qəbələ - Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Murad Məmmədov.
Qəbələ şəhər stadionu.
1. Qarabağ 5 5 0 0 12-3 15
2. Zirə 6 4 2 0 12-5 14
3. Qəbələ 5 3 1 1 8-5 10
4. İnter 6 2 2 2 7-7 8
5. Sumqayıt 6 2 1 3 6-10 7
6. Səbail 5 2 0 3 4-6 6
7. Neftçi 5 0 1 4 2-7 1
8. Kəpəz 6 0 1 5 3-11 1
Bombardirlər: Mahir Mədətov (Qarabağ) - 5. Vüsal İsgəndərli (Zirə), Riçard Qadze (Zirə) - 3.
Fanat.Az