Zurab Alavidze: “Barjomi rayonu ərazisindəki yanğın praktiki olaraq lokallaşdırılıb”

Zurab Alavidze: “Barjomi rayonu ərazisindəki yanğın praktiki olaraq lokallaşdırılıb”
15:12 24 Sentyabr 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 24 sentyabr. REPORT.AZ/ "Azərbaycandan gəlmiş “Ka 32A” helikopteri və Gürcüstana məxsus iki vertolyot bu gün səhərdən Barjomi rayonundakı Tsaqveri kurort qəsəbəsi yaxınlığında (Samtsxe-Cavaxeti regionunda) yanğının söndürülməsi əməliyyatlarında iştirak edirlər. Yanğın praktiki olaraq artıq lokallaşdırılıb".
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze “İmedi” televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, sentyabrın 22-dən başlayan yanğın qəsəbənin yaxınlığında 4 hektardan çox ərazini məhv edib. Hazırda yeni yanğının daha geniş ərazilərə yayılma ehtimalı yoxdur.
Nazir deyib ki, yanğının söndürülməsi üçün bu gün Türkiyədən də iki helikopter gələcək.
Hazırda yanğının söndürülməsində 3 helikopter, 18 yanğınsöndürən maşın, 250 yanğınsöndürən, Daxili İşlər Nazirliyinin xüsusi işlər üzrə 300 əməkdaşı iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/zurab-alavidze-barjomi-rayonu-erazisindeki-yangin-praktiki-olaraq-lokallasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR