Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb
15:27 24 Sentyabr 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax. 24 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-də Qax rayonu ərazisində itkin düşmüş qadın tapılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva Qax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-ü günorta saatlarında tapılıb.
Tanışının evində olan qadın ailəsinə təhvil verilib.
Qadın sentyabrın 21-i səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxda-3-gun-evvel-itkin-dusen-qadin-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR