Prezident Salyana səfər edib - YENİLƏNİB

Prezident Salyana səfər edib - YENİLƏNİB
15:29 24 Sentyabr 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.   Dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Bayraq Muzeyinin inşası bu il ərzində həyata keçirilib. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Burada müstəqillik dövrümüzün tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Salyan gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

 

 

*****

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonuna səfərə gəlib. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.   Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Salyanın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR