Azərbaycan futbolunda rekord

Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” – “Roma” oyununa bütün biletlər satılıb.

Bu haqda Ağdam klubundan məlumat verilib. Satışa çıxarılan bütün 67 min 500 biletin hamısının satıldığı bildirilib. Beləliklə, “Qarabağ” – “Roma” matçında stadion ağzınadək dolu olacaq. 

Qeyd edək ki, bu, Azərbaycan futbol tarixində rekord göstəricidir. İlk dəfə olaraq milli və klub səviyyəsində bir komandamızın matçına bu qədər bilet satılıb. 

Xatıradaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-si, saat 20.00-da başlanacaq. 

Bu arada klub bilet alan azarkeşlərinə müraciət edib. Müraciətdə deyilir: 

"Artıq 41 min azarkeşimiz "Roma"yla matçına olan vauçerlərini biletlərlə dəyişib. Azarkeşlərimizdən ən qısa zamanda vauçerləri biletlərlə dəyişmələri xahiş olunur. 

Qeyd edək ki, stadiona giriş biletlə mümkün olacaq, vauçerlə qarşılaşmaya gələn azarkeşlərimiz stadiona buraxılmayacaq. 

Vauçerləri aşağıdakı satış məntəqələrindən biletlərlə dəyişə bilərsiniz: 

Asan Xidmət Mərkəzləri 

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR