Parisdə məşhur model Kristian Diorun yaradıcılığının 70 illiyi qeyd olunub

Parisdə məşhur model Kristian Diorun yaradıcılığının 70 illiyi qeyd olunub
16:27 24 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Paris. 24 sentyabr. REPORT.AZ/ Parisdə Dior Evinin 70 illik tarixinə və yaradıcılığına həsr edilmiş sərgi keçirilib. Tədbir ictimaiyyətin böyük marağına səbəb olub.
"Report"un Fransa bürosu xəbər verir ki, sərgidə qüdrətli və nüfuzlu modelyerin yaradıcı fəaliyyətinin ilk illərində ona şöhrət qazandırmış əfsanəvi əl işləri ilə yanaşı, ölümündən sonra bu günədək Dior Evinin yaratdığı füsunkar geyimlər, bəzək əşyaları, tarixi əhəmiyyətli fotolar nümayiş olunur.
Sərgi 1947-ci ildən etibarən bu günədək incə zövqlə ərsəyə gətirilmiş 300-ə qədər dəb nümunələrinin hər biri özündə möcüzə dolu hekayələr, mənəvi harmoniya, ilham və digər emosiyaları canlandırmaqla sərgiyə gəlmiş hər bir kəsi dünya moda tarixinə canlı səyahətə dəvət edir.
1929-cu ildə Avropanı bürüyən iqtisadi böhran nəticəsində Kristian Diorun ailəsi bütün var dövlətini itirir. Bu dövrdə siyasi elmlər üzrə təhsil alan gənc Dior öz təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. Dünya şöhrətli Diorun yeganə arxalana bildiyi öz yaradıcı təfəkkürü, tükənməyən enerjisi və sarsılmayan iradəsi olur.
Vüsalə İsmətqızı












Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/parisde-meshur-model-kristian-diorun-yaradiciliginin-70-illiyi-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR