Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada öldü
16:43 24 Sentyabr 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda avtomobilin yolu keçərkən vurduğu piyada xəstəxanada ölüb.

Sentyabrın 23-də Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində "Mercedes" markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyat Musa oğlunu vuraraq ağır yaralayıb.

Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlər B. Xanəliyevin həyatını xilas edə bilməyiblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/214481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR