Nazirlikdə işə düzəlmək üçün 12500 manat verdi, aldadıldı

Nazirlikdə işə düzəlmək üçün 12500 manat verdi, aldadıldı
17:29 24 Sentyabr 2017
130 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir dələduzluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, Əlizadə Aynur Fərhad qızı polisə müraciət edərək bildirib ki, Rəna adlı şəxs ondan işə düzəltmək adı ilə külli miqdarda pul alaraq dələduzluq edib. 

Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Nəsimi rayonu ərazisində Rənaya 6500 manat və 3500 dollar (təxminən 6 min manat) verib. Həmin qadın A.Əlizadəni Təhsil Nazirliyində işə düzəldəcəyinə söz versə də, vədinə əməl etməyib, üstəlik verilən pulları da geri qaytarmayıb.   

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284078

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR