Azərbaycan əsilli namizəd Yeni Zelandiya parlamentinə seçilə bilməyib

Azərbaycan əsilli namizəd Yeni Zelandiya parlamentinə seçilə bilməyib
17:52 24 Sentyabr 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 sentyabr. REPORT.AZ/ Yeni Zelandiyada keçirilən parlament seçkilərdə əslən Azərbaycandan olan Tofiq Məmmədov adlı namizəd ölkənin qanunverici orqanına seçilə bilməyib.
Bu barədə "Report"a T. Məmmədov özü məlumat verib.
O ikinci yerlə kifayətlənməli olduğunu bildirib.
Oklend şəhərinin Botani seçki dairəsindən namizədliyini irəli sürən Leyborist partiyasının üzvü hakim Milliyət Partiyasından namizəd Ceymi Li Rossa uduzub.
T.Məmmədov seçiləcəyi təqdirdə seçki dairəsində nəqliyyat sistemini təkmilləşdirəcəyinə və sadə vətəndaşlar üçün daşınmaz əmlakı əlçatan edəcəyinə vəd vermişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/azerbaycan-esilli-namized-yeni-zelandiya-parlamentine-secile-bilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR