Premyer Liqa oyunundan öncə bomba həyəcanı

Premyer Liqa oyunundan öncə bomba həyəcanı
17:59 24 Sentyabr 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Premyer Liqasının XI turu çərçivəsində keçiriləcək “Ufa” – “Arsenal” oyunundan öncə bomba həyəcanı yaşanıb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin oyundan öncə qaldıqları otelə bomba olması ilə bağlı zəng daxil olub.

 

Bu barədə Başqırdıstan təmsilçisinin baş məşqçisi Sergey Semak açıqlama verib. O, bildirib ki, komanda oyundan əvvəl istirahətdə olarkən təcili oteli boşaltmaqla əlaqədar xəbərdarlıq alıblar.

 

Komanda bütün əşyaları qoyaraq təcili məkanı tərk edib və avtobusla stadiona yollanıb. Axtarış başa çatdıqdan sonra oyunçuların əşyaları komandanın inzibatçıları tərəfindən stadiona gətiriləcək.

 

Qeyd edək ki, “Ufa” – “Arsenal” matçı bu gün saat 17:30-da start götürəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR