Krımda 2000 illik tarixi olan qala tapıldı

Krımda 2000 illik tarixi olan qala tapıldı
18:03 24 Sentyabr 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun alimləri "Krasnodar vilayəti – Krım" marşrutu üzrə Kerç yarımadasında magistral qaz kəmərinin qazıntısı zamanı 2000 il bundan əvvəl tikilmiş, Bosfor Krallığına aid qala və qala divarları aşkar ediblər.

Rus alimlərinin təxminlərinə görə, bu istehkam eramızdan əvvəl III əsrin birinci yarısında inşa edilib. Eramızdan əvvəl I əsrdə bu sədd əsası yunan müstəmləkəçiləri tərəfindən qoyulan Bosfor Krallığını Krıma sahiblik edən skiflərdən qoruyub. Aşkar edilən bu istehkam Qara dəniz sahillərinin şimal hissəsində böyük bir tapıntı hesab olunur. Çoxsaylı qazıntılar zamanı maddi-mədəniyyət nümunələri - antik dövrə aid bir neçə qadın qəbirləri, kuzə, boşqab, bürünc güzgü, muncuq və sırğalar da tapılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/146972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR