Maşınını avtoyuma məntəqəsinə verən qadın işə düşdü

Maşınını avtoyuma məntəqəsinə verən qadın işə düşdü
18:49 24 Sentyabr 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobilini avtoyuma məntəqəsinə qoyan qadın polisə şikayət edib. Lent.az xəbər verir ki, Rəvanə Abbasova adlı şikayətçi bildirib ki, “KİA” markalı avtomobilini təmizlənməsi üçün Neftçilər prospekti 169 ünvanındakı məntəqəyə təhvil verib. Lakin məntəqədə işləyənlərdən biri maşını yuyandan sonra nəqliyyat vasitəsini sürməyə başlayıb və yan güzgülərdən birini başqa nəqliyyat vasitəsinə vuraraq sındırıb.

 

Şikayətçi ona vurulan ziyanın ödənilməsini və avtomobilini özbaşına idarə edən şəxsin cəzalandırılmasını istəyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR