Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
"Report" xəbər verir ki, həftənin son matçı Qəbələdə baş tutub.
Şəhərin eyniadlı təmsilçisi ilə "Neftçi"nin duelində meydan sahibləri qalib gəliblər. "Qırmızı-qaralar" ilk yarıda rəqib qapısına iki dəfə yol tapdıqları halda, qonaqlar fasilədən sonra bu qollardan yalnız 1-nin əvəzini çıxmağı bacarıblar.
Oyunun nəticəsi komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. Bu qələbədən sonra xalını 13-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. "Neftçi" isə 1 xalla 7-ci sıradadır.
Azərbaycan Premyer Liqası
VI tur
24 sentyabr (bazar)
18:00. "Qəbələ” – "Neftçi” - 2:1
Qol: Stiven Monroz, 4. Baqali Dabo, 40 - Namiq Ələsgərov, 48
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun ilk üç oyununda "Qarabağ" "Sumqayıt"ı 4:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Zirə" - "İnter" matçında isə qalib müəyyənləşməyib - 1:1.