Pəşovunu içib sağ qaldı - FOTO

Pəşovunu içib sağ qaldı - FOTO
10:52 9 Yanvar 2015
183 Maraqlı
Ölkə mətbuatı
A- A+

İnşaatda fəhlə işləyən Yan Se 17 metr hündürlükdəki körpüdən yıxılmışdı. Qolları və ayaqları qırılan Yan tərpənə bilmirdi. O, 6 gün çarəsiz, köməksiz qalmışdı. Bu günlər ərzində susuzluqdan ölməmək üçün Yan Se öz pəşovunu içib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin mərkəzindəki Hunan vilayətində yaşanıb.
 
İnşaat meydançasındakı çuxura yıxılan 28 yaşlı Yan Se yerə düşəndə mobil telefonu da sındığından, kimsəyə xəbər verə bilməmişdi. İş yoldaşları isə Yan Senin başqa tikinti meydançasına göndərildiyini düşünürdülər.
 
Onu 6 gün sonra, meydançanın kənarında dolaşan itin çuxurdakı Yanı görərək hürməyə başlamasından sonra xilas ediblər.
 
Milli.Az
 





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR