"Onlar həmin anda həddi aşdılar" - Roman Qriqorçuk

"Onlar həmin anda həddi aşdılar" -   Roman Qriqorçuk
20:57 24 Sentyabr 2017
128 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının VI turunda evdə “Neftçi”yə 2:1 hesabıyla qalib gələn “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra mətbuat konfransı keçirib. Ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb.

 

- Adətən mətbuat konfransına oyunla bağlı fikirlərlə başlayırıq. Bu dəfə oyunun sonundan başlayaq. Monroz və Qurbanov arasında nə baş vermişdi?

- Gəlin, peşəkarlğımızı qoruyaq və yenə ilk olaraq oyunla bağlı danışaq.

 

- “Qəbələ” ilk hissədə üstün olsa da, sonra üstünlüyü rəqibə verdi...

- Burda əsas psixoloji amil rol oynayır. Ancaq belə olmamalıdı. Komanda hesabda nə qədər irəlidə olsa da, üstünlüyü əldən verməməlidi.

 

- Komanda müdafiədə səhvlərə yol verirdi. Bu barədə nə deyə bilərsiz?

- Tamamilə razıyam. İlk hissədə hücumda yaxşı oynasaq da, müdafiədə də səhvlər edirdik. Bir çox boşluqlar verirdik. Deməzdim ki, ikinci hissə çox pis keçdi. Fasilədən sonra da bir neçə imkanımız oldu.

 

- “Səbail”ə qarşı keçən oyunda fasilədən sonra Asif Məmmədovu meydana buraxdız. O isə ilk toxunuşda başla qol vurdu. Bu anda siz başınızı tutduz. Bu, nə ilə bağlı idi?

- Mən sadəcə, belə erkən qol vuracağına inanmadım. Asif həmin anda bütün detalları nəzərdə aldı və topa ilk toxunuşunda qol vurdu.

 

- Komandada intizam cəhətdən problem var?

- Mən həmin epizodu görmədiyim üçün şərh edə bilməyəcəm. Daha sonra, orda nə baş verdiyini aydınlaşdırdıqdan sonra qərar verəcəyik. Eşitdiklərimə əsasən fikir bildirsəm, düzgün olmaz. İstənilən komandada bu cür hallar yaşana bilər. Məncə, həmin anda həddi aşdılar. İstənilən halda, məsələni araşdıracağıq və uyğun qərar verəcəyik.

 

- Ekiqo Ehiosunun vəziyyəti necədi? Nə vaxta tam hazır olar?

- 95 faiz deyə bilərəm ki, o, tam hazır deyil. Onu tanıyırıq, potensialına bələdik. İnanıram ki, tezliklə komandaya kömək edə biləcək. Bura gələnədək 3 aya yaxın oynamayıb. Ona vaxt lazımdı.

 

- Endi Hollidey əvəzlənəndə buna sərt reaksiya verdi...

- Düşünmürəm ki, etirazını sərt bildirdi. Həmin anda əvəzlənməsi lazım idi və əvəzlədim də. Hər bir oyunçu əvəzlənməsindən narazı qala bilər.

 

- Tərlan Əhmədov “Neftçi”yə baş məşqçi təyin ediləndə, Ruslan Qurbanov sosial şəbəkədə bu klubun formasında şəklini paylaşdı. Bu məsələyə necə baxırsız? O, qayıtmaq istəməsi ilə bağlı sizə nə isə deyib?

- Komputerdə çox işləsəm də, bu, ancaq komandamın oyununu analiz etmək üçün olur. Hansısa futbolçu getmək istəyirsə, bunun üçün əlimdən gələni edirəm. Fikrimcə, getmək istəyən futbolçunu saxlamaq düzgün deyil. (Apasport.az)


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotonlar-hmin-anda-hddi-adlarquot-t60745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR