Merkel yenidən qalib oldu

Merkel yenidən qalib oldu
20:59 24 Sentyabr 2017
123 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyada sentyabrın 24-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı qalib gəlir. Angela Merkelin rəhbərlik etdiyi alyans 32,5% səs toplayıb. İkinci yerdə Sosial Demokrat Partiyası (20%), ücüncü yerdə isə Almaniya üçün Alternativ Partiyası qərarlaşıb (13,5%).

 

Beləliklə, böyük ehtimalla Angela Merkel kansler postunu qoruyub saxlayacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR