"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib
21:12 24 Sentyabr 2017
135 İdman
Ölkə mətbuatı
A- A+

Qəbələ. 24 sentyabr. REPORT.AZ / "Qəbələ" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının VI tur matçından sonra insident baş verib.
"Report"un məlumatına görə, final fitinin ardından meydan sahiblərinin futbolçuları Ruslan Qurbanovla Stiven Jozef-Monroz bir-birinin üzərinə yeriyib.
Tərəflərin müdaxiləsindən sonra ara sakitləşib. Baş hakim Fariz Yusifov isə Monroza qırmızı vərəqə göstərib. İnsidentin səbəbi bilinmir.
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Neftçi" ilə oyundan sonra komandanın futbolçuları Ruslan Qurbanov və Stiven Jozef Monroz arasında baş vermiş dava barədə fikirlərini bölüşüb. O bu olayın klubun imicinə təsir etdiyini bildirib. F.Nəcəfov məsələnin araşdırılacağını və günahkarın ciddi cəzalanacağını söyləyib:
"Rəhbərlik o vaxt futbolçu ilə bağlı qərar qəbul edir ki, baş məşqçi belə istəsin. Yəni, Roman Qriqorçuk istəsə, biz futbolçunu cərimə edə bilərik. Amma sözsüz ki, bu, xoşagəlməz haldır. Ümumiyyətlə, belə halları qəbul edə bilmirəm ki, komanda yoldaşları bir-biriləri ilə kobud rəftar etsinlər. Yəqin ki, məsələ ciddi araşdırılacaq və kim günahkardırsa, çox ciddi cəzalanacaq. Bu, birmənalıdır. Başqa cür ola bilməz. Bu, futbolçu və ya baş məşqçidən asılı məsələ deyil. Birbaşa klubun imicinə toxunan hadisədir və qəbulolunmazdır".
Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-neftci-matcindan-sonra-insident-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR