Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb
21:17 24 Sentyabr 2017
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul. 23 sentyabr. REPORT.AZ/ Hacıqabulda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunda, rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/haciqabulda-yol-qezasinda-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR