Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR
21:24 24 Sentyabr 2017
137 Digər
Ölkə mətbuatı
A- A+

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib.

 

APA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb.

 

Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb. Azərbaycan milli komandası Polşa voleybolçularını 3:0 hesabı ilə məğlub edib. Azərbaycan prezidenti komandamızın qələbəsini alqışlayıb. Bu qələbədən sonra Azərbaycan komandası xallarının sayını 6-ya çatdıraraq qrupda birinci yerə yüksəlib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.

 

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Milli komandamız qrup mərhələsinin sonuncu oyununda Almaniya yığması ilə qarşılaşacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR