"Qəbələ"nin futbolçuları arasında insident ötürmə verməmək üstündə baş verib

"Qəbələ"nin futbolçuları arasında insident ötürmə verməmək üstündə baş verib
21:27 24 Sentyabr 2017
33 İdman
Ölkə mətbuatı
A- A+

Qəbələ. 24 sentyabr. REPORT.AZ / "Qəbələ"nin futbolçusu Ruslan Qurbanov "Neftçi" ilə Azərbaycan Premyer Liqasının VI tur matçından sonra komanda yoldaşı Stiven Jozef-Monrozla arasında baş verən insidentdən danışıb.
"Report"un məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi fransalı hücumçunun klounluq etdiyini bildirib.
Qurbanov deyib:
Əsəbi hallar olur. Meydana daxil olarkən, Jozef-Monrozdan xahiş etdim ki, mənə ötürmə versin. Baş məşqçiyə fərqlənməyə qadir olduğumu sübut etdirmək istəyirdim. Əvəzində o, mənə ingiliscə "Ağzını bağla" cavabını verdi. Oyun başa çatdıqdan sonra Jozef-Monroza yaxınlaşıb "Burda tək oynamırsan, kloun səhnəsi qurmaq lazım deyil. Driblinq etmək yox, cərimə meydançasına ötürmə vermək lazımdır" dedim. Əvəzində o, sifətimə zərbə vurdu. Araya girən komanda yoldaşlarımız bizi araladılar".
26 yaşlı oyunçu matçdan sonra baş məşqçi Roman Qriqorçukun ona heç nə demədiyini də əlavə edib:
"Qriqorçuk bizə heç nə demədi. Paltardəyişmə otağından əşyalarımı götürdüm və çıxdım. Əsəbi halda otağı tərk etdiyim üçün baş məşqçinin Monroza nəsə deyib-demədiyini görmədim".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-futbolculari-arasinda-insident-oturme-vermemek-ustunde-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR