FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB
21:34 24 Sentyabr 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonunun Yuxarı Tala və Muxax kəndləri yaxınlığında çətin keçilən dağlıq ərazidə kol-kos,quru ot və qurumuş ağacların qalıqları yanır.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.​

 

***

 

Bu gün axşam saat 18:10 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən Zaqatala rayonu Yuxarı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində yüksək dağlıq ərazidə yanğın başlayıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

 

Yanğının yüksək dağlıq meşəlik ərazidə baş verdiyi üçün ərziyə texnikanın çıxması mümkünsüzdü. Yanğının söndürülməsi ancaq əl əməli vasitəsi ilə həyata keçirilir. Hazırda yanğın davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284121

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR