Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub
21:47 24 Sentyabr 2017
157 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 sentyabr. REPORT.AZ/ Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında telefon danışığı olub.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələrlə yanaşı, İraq Kürd Regional Rəhbərliyinin referendum qərarı daxil olmaqla bölgədəki son hadisələr müzakirə olunub.
Tərəflər referendumun ləğv edilməməsinin regionda xaosa səbəb olacağını bildiriblər. Hər iki lider İraqın ərazi bütövlüyünə böyük əhəmiyyət verdiklərini vurğulayıb.
Görüşdə prezident Ərdoğanın 4 oktyabrda İrana edəcəyi səfərə də toxunulub. Sözügedən səfər münasibətilə, 2014-ci ildən bu yana hər il müntəzəm olaraq keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının IV toplantısının da icra ediləcəyi qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-ve-i-ran-prezidentleri-arasinda-telefon-danisigi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR