"Qəbələ" "Neftçi"ni məğlub etdi - VİDEO

"Qəbələ" "Neftçi"ni məğlub etdi - VİDEO
22:08 24 Sentyabr 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Publika.az xəbər verir ki, Qəbələdə baş tutan oyunda şəhərin eyniadlı təmsilçisi ilə "Neftçi" qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Oyunun nəticəsi komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. Bu qələbədən sonra xalını 13-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. "Neftçi" isə 1 xalla 7-ci sıradadır.

Azərbaycan Premyer Liqası. VI tur

24 sentyabr

18:00 Qəbələ - Neftçi 2:1

Qol: Stiven Monroz, 4. Baqali Dabo, 40 - Namiq Ələsgərov, 48

Qeyd edək ki, turun ilk üç oyununda "Qarabağ" "Sumqayıt"ı 4:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Zirə" - "İnter" matçında isə qalib müəyyənləşməyib - 1:1.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/214502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR