Suriyada rus general öldürüldü

Suriyada rus general öldürüldü
23:14 24 Sentyabr 2017
218 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub.

 

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Açıqlamada bildirilir ki, general-leytenant Valeriy Asapov  minaatanlardan açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.

 

V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR