Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb
01:12 25 Sentyabr 2017
202 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Yaponiyada "Boeing" tipli təyyarənin dördkiloqramlıq örtük hissəsi qopraq 2 min metr yüksəklikdən avtomobilin üzərinə düşüb.
"Report" "Qovorit Moskva"ya istinadən xəbər verir ki, örtük təyyarənin qanadından qopub və maşının tavanına ziyan vurub, həmçinin arxa şüşəsini qırıb.
Sürücünün xəsarət almadığı bildirilir. Hava gəmisi isə Amsterdamda eniş edib.
Təyyarə Hollandiyanın KLM aviaşirkətinə məxsusdur. Aviadaşıyıcı hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-boeing-in-bir-hissesi-iki-min-metrden-avtomobilin-uzerine-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR