Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb
02:17 25 Sentyabr 2017
168 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiya alyansı 32,5% səs çoxluğu ilə parlament seçkilərində qalib gəlir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ARD ictimai-hüquq telekanalının apardığı "exit poll"un nəticələri deməyə əsas verir.
Martin Şultsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası seçkilərdə 20 faiz səs toplamaqdadır.
Həmçinin siyahıda 13,5% səslə üçüncü yerdə qərarlaşan "Almaniya üçün Alernativ" sağçı partiyası ilk dəfə olaraq Bundestaqa daxil olmaq üzrədir.
"Exit poll"un nəticələrinə görə, parlamentə ümumilikdə 6 partiya keçir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyada-kecirilen-parlament-seckileri-uzre-exit-poll-neticeleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR