İran Qərbi Azərbaycanda təlimlərə başladı

İran Qərbi Azərbaycanda təlimlərə başladı
08:38 25 Sentyabr 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bazar günü sentyabrın 25-də müstəqilliyə dair referendumun keçiriləcəyi İraqın Kürdüstan Muxtariyyəti ilə sərhəddə geniş hərbi təlimlərə başlayıb.

Publika.az xəbər verir ki, təlimlərin "Məhərrəm" kod adlı əsas hissəsi İranın İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətindəki Oşnevie şəhəri ərazisində başlayıb.

"Təlimlər zamanı pilotsuz uçan apparat, raket, artilleriya, hərbi hava qüvvələri və zirehli tank bölmələrindən istifadə etməklə əməliyyatların uyğunlaşdırılması uğurla həyata keçirilib", - deyə İİKK-nin quru qoşunları komandanı briqada generalı Məhəmməd Pakpur bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR