Sirli xəstəlik qadını iki dəfə ağırlaşdırdı - FOTO

Sirli xəstəlik qadını iki dəfə ağırlaşdırdı - FOTO
10:52 9 Yanvar 2015
213 Maraqlı
Ölkə mətbuatı
A- A+

6 ay ərzində qəflətən, real səbəblərini anlamadan 57 kiloqram kökələn qadın nə edəcəyini, bu bəladan necə qurtulacağını bilmir.
34 yaşlı meyk-ap ustası və vizajist Lora Pell ötən ilin yayında 58 kq çəkidə idi. İndi isə o, xeyli kökəlib, hətta tosqunlaşıb.
 
Milli.Az bildirir ki, indi onun çəkisi 115 kiloqramdır.
 
Çoxsaylı müayinələrdən keçən Lora Pellin kökəlməsinin səbəbi hələ tapılmayıb. Həkimlər bu durumu "ağır hal, paradoks" adlandırırlar.
Həyatının cəhənnəmə çevrildiyini, yeriyəndə əziyyət çəkdiyini söyləyən Lora Pell yeni müayinələrə hazırlaşır.
İngiltərənin Northempşir qraflığındakı Kinqstrop şəhərində yaşayan Lora Pell indi izafi çəkili insanlar üçün nəzərdə tutulmuş dükanlardan geyimlər almaq məcburiyyətindədir.
 
"İşimdən də imtina etmişəm. Çünki güclə yeriyir, əzab çəkərək tərpənirəm. Xəstəliyimin müalicəsi tapılmazsa, bir qədər sonra ümumiyyətlə, yeriyə bilməyəcəyəm. Aqoniyadayam. Həyatımın son ayı büsbütün əzabdı", - Lora Pell deyib.
 
Həkimlər isə bildirirlər ki, kökəlmənin səbəbi orqanizmdə maddələr mübadiləsində fəsadların yaranması, habelə hipofizdəki şiş ola bilər. Fəqət bütün bunlar versiyalardır və Lora Pellin kökəlməsinin real səbəbləri hələ də tapılmayıb.
 
Lora bu həftənin sonunda Mançester şəhərinə yollanaraq oradakı özəl klinikalardan birinə, tanınmış nevropatoloq və endokrinoloqa üz tutmaq niyyətindədir. Facebook-da isə Loraya yardım məqsədilə "Laura needs our help" qrupu yaradılıb.
 
Milli.Az
 











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR