Ramin Musayev: "Kişi kişini vurar da…"

Ramin Musayev: "Kişi kişini vurar da…"
09:37 25 Sentyabr 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” oyunundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bölgəyə ezam olunan jurnalistlərin suallarını cavablandırıb.


Fanat.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Musayev Divizion iştirakçılarının sayından tutmuş, “Qarabağ”ı n ÇL-dəki matçınadək danışıb.


- Hər iki komandanın ifasında yüksək səviyyəli futbol izlədik. Oyundan razı qaldım. Xüsusilə, “Neftçi”nin.


- Yəni, “Neftçi”dən gözlədiyiniz oyunu gördünüz?

- Bir az da vaxt lazımdır. Görmək istədiyim oyuna lap az vaxt qalıb.


- I Divizionda 10 komandanın iştirak edəcəyi bildirilsə də, hələ dəqiq rəqəm səsləndirilməyib...

-  Dəqiq səsləndirirəm: 10 komanda iştirak edəcək. Qalan söz-söhbətlərə fikir verməyin.


- “Qarabağ”ı qarşıda “Roma”yla məsul oyun gözləyir...

- “Qarabağ” “06”-dır və motoru da bu markadadır, “Roma” isə BMW-dir. Ümid edək ki,  BMW “06”-ya yoldaşlıq edəcək..


- Oyun başa çatdıqdan sonra “Qəbələ”nin bir futbolçusu digərini vurdu...

- İnsident yaşanıb, amma vurulmağını görməmişəm.


- Dəqiq vurub.

- Vurub, vurub da. Kişi kişini vurar da. O ki qaldı bilavasitə suala, bu, klubun daxili işidi. Belə hadisə yaşanıbsa, cəzalandırılacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramin-musayev-quotkii-kiini-vurar-daquot-t60749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR