Millimizdə yeni futbolçu

Millimizdə yeni futbolçu
09:57 25 Sentyabr 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 


Fanat.Az xəbər verir ki, “Zirə”dən dəvət edilən Mikayıl Kərimli zədələndiyi üçün toplanışı tərk edib.

 

Onu “İnter”in üzvü Ağa Ağayev əvəzləyib. O, artıq yığmanın hazırlıqlarına qatılıb.

 

Qeyd edək ki, millimiz sentyabrın 24-dən qonşu ölkədə hazırlıq keçir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizd-yeni-futbolcu-t60750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR