Zaqatala meşəsində baş verən yanğın söndürülüb

Zaqatala meşəsində baş verən yanğın söndürülüb
10:02 25 Sentyabr 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Zaqatala meşəsində baş verən yanğın söndürülüb.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, sentyabrın 24-də saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş verən yanğın bu gün səhər saat 06:45 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının səyləri nəticəsində söndürülüb.
Yanğın zamanı təqribən 3 hektara yaxın ərazidə quru ot örtüyü və kol-kos yanıb.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/zaqatala-mesesinde-bas-veren-yangin-sondurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR