Zaqatalada 3 hektar ərazi yandı

Zaqatalada 3 hektar ərazi yandı
10:08 25 Sentyabr 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 24-ü saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş vermiş yanğın söndürülüb.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğın bu gün səhər saat 06:45 radələrində söndürülüb.

Yanğın zamanı təqribən 3 hektara yaxın ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/214535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR