Türkiyədən son XƏBƏRDARLIQ: “Hərəkətə keçəcəyik!”

Türkiyədən son XƏBƏRDARLIQ: “Hərəkətə keçəcəyik!”
10:23 25 Sentyabr 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Xarici İşlər Nazirliyi Şimali İraq kürd muxtariyyətində bu gün keçirilən referendumla əlaqədar növbəti bəyanatla çıxış edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirlik referendum nəticələrinin heç bir hüquqi əsasının olmayacağını bildirib.

“Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq. Türkiyənin və beynəlxalq cəmiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, referenduma getməkdə israr edən və yalnız İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan muxtariyyət rəhbərliyinin ağıldan uzaq bu təşəbbüsünü təəssüflə qarşılayırıq”, - bəyanatda deyilir.

Bildirilir ki, referendumla bağlı Türkiyənin milli təhlükəsizliyinə yönələcək hər cür təhlükələrə qarşı bütün tədbirləri görüləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR