Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftə”sinə start verilir

Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftə”sinə start verilir
11:12 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr  Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edir.
İdarədən "Report"a verilən məlumata görə, 25-29 sentyabrda keçiriləcək “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.
Ekskursiyalar 25 sentyabr, saat 12:00-da Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, 26 sentyabr, saat 12:00-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 27 sentyabr, saat 15:00–da Milli Azərbaycan Tarixi Muzeyinə, 28 sentyabr saat, 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, 29 sentyabr, saat 15:00-da Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.
Həmçinin, Baş İdarənin 27 sentyabr  Beynəlxalq Turizm günü ilə əlaqədar tədbirlər planına əsasən şəbəkəsinə daxil olan müəssisələrdə (kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri) müxtəlif sərgilər, söhbətlər, dəyirmi masalar, ekskursiyalar, “Açıq qapı” günləri təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/beynelxalq-turizm-gunu-ile-elaqedar-turizm-hefte-sine-start-verilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR