Bakıda geyimlərdə erotik səhnələri kim yayır?

Geyimində erotik səhnələrdən istifadə olunmuş gəncin fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Ümumiyyətlə, geyimlərdə, aksessuarlarda intim görüntülərin yer alması nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi və ətriyyatçı Fəxriyyə Xələfova Metbuat.az-a açıqlamasında deyib ki, geyim və aksessuarlarda intim görüntülərin verilməsi doğru deyil:

“Moda aləmində belə faktlar aşkarlanmır, indi də yoxdur. Bu fərdi şəxslərin məhsulu ola bilər. Hər hansı hazır geyimin üzərində çap olunmuş geyimlər ola bilər.İndiyə qədər o qədər moda həftələri olub, dünyada məşhur brendlər, dizaynerlər var, biz belə şey görməmişik. Tanınmış modelyerlər tərəfindən heç vaxt belə variantlar təklif olunmayıb”.

F. Xələfova deyib ki, geyim bir kommunikasiya vasitəsidir. Yəni, geyimlərimiz insanlara haqqımızda fikirlər ötürür. Belə geyimlər isə cəmiyyətdə ancaq mənfi düşüncələr formalaşdıra bilər.

Aysel Yaqubqızı / Metbuat.az

FOTO: Bakıda oğlan elə bir köynək geyindi ki... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR