Kəmaləddin Heydərov Samuxda qəbul keçirəcək

Kəmaləddin Heydərov Samuxda qəbul keçirəcək
11:44 25 Sentyabr 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 29-da saat 11.00-da Samux şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçiriləcək.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Samux şəhərində Heydər Əliyev Mərkəzində   28 sentyabr 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR