Kəmaləddin Heydərov Samuxda qəbul keçirəcək

Kəmaləddin Heydərov Samuxda qəbul keçirəcək
11:53 25 Sentyabr 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziriKəmaləddin Heydərovsentyabrın 29-da Samux şəhərində vətəndaşları qəbul edəcək.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qəbul Samux şəhərindəki Heydər Əliyev Mərkəzində saat 11.00-dan keçiriləcək.

Qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Samux şəhərində Heydər Əliyev Mərkəzində 28 sentyabrda saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/214552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR