Azərbaycan klubu almanlara təqdim edildi

Azərbaycan klubu almanlara təqdim edildi
11:54 25 Sentyabr 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə yaradılan “AZE Nakhchivan SK” futbol klubunun mərkəzi ofisində klubun tanıtım tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə yerli futbol həvəskarları, futbol mütəxəssisləri, Türkiyə diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan klubun rəhbəri Aydın Karaca Naxçıvan Muxtar Respublikası haqqında qonaqlara məlumat verdi. Bu bölgənin zəngin tarixindən, önəmli coğrafi mövqeyindən, naxçıvanlıların qonaqpərvərliyi, dostluğa münasibətindən, son dönəmlər Naxçıvanda həyata keçirilən islahatlardan, blokadada olmasına baxmayaraq yerli imkanlar hesabına əldə edilən uğurlardan söz açmış , bu bölgənin İranla Türkiyə arasında yerləşən strateji əhəmiyyətli bir muxtar vilayət olduğunu qeyd edib.

Daha sonra klubun gələcək planları, komandanın qurulması ilə bağlı strategiyasından danışan klubun sportif müdiri Zafer Özcan , klubumuzun demokratik prinsiplər əsasında idarə olduğunu qeyd etmiş, klubun yararlı təkliflər üçün hər zaman xoş niyyətli olduqlarını iştirakçıların diqqətinə çatdırıb.

 

Sonda DAA prezidenti Rəşad Quliyev komandanın adının “Naxçıvan” adlanmasının səbəbləri ilə bağlı mövzuya toxunaraq buna aydınlıq gətirdi. Belə ki, bu bölgənin tarixən təcavüzə, iqtisadi, ticari, siyasi blokadaya məruz qaldığını bölgənin zənginlikləri ilə bağlı geniş ictimaiyyətə məlumat verməyin vasitələrindən birinin də məhz idman olduğunu qeyd edib. Gələcəkdə “AZE Nahchivan” klubunu professional səviyyəyə gətirərək Naxçıvanın adının dillər əzbərinə çevirəcəklərindən əminliyini bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR