Bakı. 25 sentyabr. REPORT.AZ/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Bakılı” və “Şahdağ”ın I Divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb.
Müzakirələrdən sonra qərara alınıb ki, hər iki klubun verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.