300 milyon insanın ziyarət etdiyi abidə - FOTO

300 milyon insanın ziyarət etdiyi abidə - FOTO
12:43 25 Sentyabr 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Paris şəhərinin ən məşhur tarixi abidəsi olan Eyfel qülləsini uzun illərdir turistik məkan kimi dünya əhalisinin diqqətini çəkməyə davam edir. Turistik məkana xidmət edən SETE kompaniyası tərəfindən maraqlı statistika açıqlanıb.

Publika.az xəbər verir ki, 1889-cu ildən indiyədək Eyfel qülləsini 300 milyondan çox insan ziyarət edib. Bu münasibətlə ayın 28-də Eyfel qülləsinin qarşısında xüsusi tədbir keçiriləcək. Tədbirdə dünya şöhrətli müğənnilərin çıxışı və lazer şousu gözlənilir.

Həmin gün tədbirdə iştirak edən bütün qonaqlara Eyfel qülləsi ilə şəkil çəkdirmələri rica olunacaq. Şirkət daha sonra bu şəkilləri bir araya toplayıb xüsusi guşədə “300 milyon təşəkkür” cümləsi şəklində yerləşdirəcək.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/214559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR