Qlobal maliyyə bazarlarında riskə meyllilik pik həddə çatıb

Qlobal maliyyə bazarlarında riskə meyllilik pik həddə çatıb
12:47 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Qlobal maliyyə bazarlarında riskə meylllilik ən yüksək həddə çatıb. "Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin "Sberbank"ın Korporativ Universitetində "Vneşekonombank"ın regional menecerləri ilə görüşü zamanı açıqlama verib.
"Növbəti ilə dövlətin maliyyə siyasəti qlobal maliyyə bazarlarında pisləşmə proqnozları əsasında tərtib edilir. Çünki, əgər müxtəlif risk göstəricilərinə baxsaq görərik ki, qlobal iqtisadiyyatda və maliyyə bazarlarında riskə meyllilik maksimal həddə yüksəlib", - deyə nazir bildirib.
M.Oreşkin xüsusilə də FED-in balansını azaltması və uçot dərəcəsini artırması fonunda qlobal maliyyə bazarlarında volatillik riskinin artacağını qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qlobal-maliyye-bazarlarinda-riske-meyllilik-pik-hedde-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR