Çində yanğın dəhşəti: 11 nəfər öldü

Çində yanğın dəhşəti: 11 nəfər öldü
12:48 25 Sentyabr 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Çində eyni gündə iki yaşayış evində yanğın baş verib.

Publika.az xəbər verir ki, ölkənin şərq hissəsində yerləşən Yuxuan əyalətində yaşayış evlərində baş verən yanğında 11 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Ümumi sahəsi 150 kvadrat metr olan yaşayış evlərində baş verən yanğın söndürülüb. Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadası ölənlərin cəsədlərini çıxarıb.

Yanğının baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılıb.

Xəstəxanadan verilən məlumata görə isə yaralılardan 2-nin vəziyyəti ağır olaraq qalıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR