Azərbaycan Premyer Liqasında mövsümün ilk və 50-ci qollarının müəllifi eyni futbolçu olub

Azərbaycan Premyer Liqasında mövsümün ilk və 50-ci qollarının müəllifi eyni futbolçu olub
12:52 25 Sentyabr 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün 50-ci qolu vurulub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, VI turun “Qarabağ” – “Sumqayıt” oyununa təsadüf edib.
Matçın 65-ci dəqiqəsində hesabı 3:1-ə çatdıran Mahir Mədətov mövsümün yubiley topunun müəllifi olub. 50-ci qol çempionatın 20-ci qarşılaşmasına təsadüf edib.
Mövsümün ilk qolunun da müəllifi Mədətov olub. O, avqustun 11-də “Neftçi” ilə səfər oyununun 15-ci dəqiqəsində fərqləndikdən 42 gün sonra 50-ci qola imza atıb. Ümumilikdə isə 6 turun 23 oyununda 57 qol vurulub. Orta məhsuldarlıq 2,48-ə bərabərdir.
Qeyd edək ki, bu qarşılaşmada 4:1 hesabı ilə qalib gələn "Qarabağ" mövsümün startından 5-ci, ümumilikdə isə 8-ci çempionat qələbəsini qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-movsumun-ilk-ve-50-ci-qollarinin-muellifi-eyni-futbolcu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR