ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir
12:52 25 Sentyabr 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycanda səfərdədir. 
"Report" xəbər verir ki, K.Vigenin səfər çərçivəsində rəsmi şəxslərlə, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri ilə bir sıra görüşlər keçirəcək.
Müzakirələrin əsas mövzusu regionda həlli uzanan münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, eləcə də tərəflər arasında dialoqun yaradılmasında parlamentarilərin rolu olacaq.
ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/atet-pa-nin-cenubi-qafqaz-uzre-xususi-numayendesi-azerbaycanda-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR