Türkiyənin baş naziri: “Referendum”un barış və sabitliyə heç bir təsiri olmayacaq”

Türkiyənin baş naziri: “Referendum”un barış və sabitliyə heç bir təsiri olmayacaq”
12:57 25 Sentyabr 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ “Bu “referendum” barış və sabitlik gətirməyəcək, mövcud xaosu, böhranı və problemləri daha da artıacaqdır”.
“Report” Hürriyet-ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım “CNN Türk”, “NTV”, “Habertürk” və “A Haber” televiziyaları təmsilçilərinin suallarını cavablandırarkən deyib.
“Türkiyə, İran başda olmaqla BMT-yə üzv ölkələr bu “referendum”a qarşı mövqelərini ortaya qoyublar. Ancaq İraqın şimalındakı yerli hökumət bir inad nümayiş etdirdi, bu “referendum”u keçirir. Biz açıq-aşkar elan etdik, bu “referendum”un nəticələrini tanımırıq. Bu, bizim üçün yox dərəcəsindədir. Bunun barış və sabitliyə heç bir təsiri olmaycaq. Əksinə, mövcud xaosu, böhranı və problemləri artıracaq. Yerli hökumət təəssüf ki, orada yaşayan kürdlərin, ərəblərin, türkmənlərin, yezidilərin və başqa etnik qrupları təmsil edən insanların gələcəyini düşünmədən, nəzərə almadan öz şəxsi ehtiraslarının nəticəsində bu qərara gəliblər”.
Baş nazir vurğulayıb ki, İraqın şimalında keçirilən “referendum”la bağlı üç istiqamətdə fəaliyyət göstərəcəklər: “Birincisi, iqtisadi, ikincisi, siyasi-diplomatik, üçüncüsü isə təhlükəsizlik və hərbi istiqamətdir”.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-bas-naziri-referndum-un-baris-ve-sabitliye-hec-bir-tesiri-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR