ATƏT PA-nın rəsmisi məcburi köçkünlərlə görüşüb

ATƏT PA-nın rəsmisi məcburi köçkünlərlə görüşüb
13:19 25 Sentyabr 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Masazırda məskunlaşan Zəngilan və Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb.

 

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü deputat Tahir Mirkişili deyib.

 

O qeyd edib ki, K. Vigenin məcburi köçkünlərin şəraiti ilə tanış olub, onlarla söhbət edib.

 

T. Mirkişili bildirib ki, K. Vigeninin bu gün Xarici İşlər Nazirliyində, sabah isə Azərbaycan Diplomatik Akademiyasında və Milli Məclisdə görüşləri nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR