Bu həftə ABŞ dollarının məzənnəsinə təsir edəcək açıqlamalar gözlənilir

Bu həftə ABŞ dollarının məzənnəsinə təsir  edəcək açıqlamalar gözlənilir
13:32 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ 25-29 sentyabr həftəsində dünyanın inkişaf etmiş ölkələrinin mərkəzi banklarının rəhbərlərinin önəmli açıqlamaları gözlənilir. "Report" xəbər verir ki, bu açıqlamalar qlobal valyuta bazarlarına ciddi təsir edə bilər.
Belə ki, sentyabrın 27-də Bakı vaxtı ilə saat 00:45-də Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin (Janet Yellen) Klivlend şəhərində Biznesin İqtisadiyyatı Milli Assosiasiyasında çıxışı gözlənilir. Çıxışda FED-in monetar siyasətlə bağlı açıqlamalarında dekabr ayındakı iclasda uçot dərəcəsini mümkün artırması barədə siqnalların olub-olmaması təhlil ediləcək. Bu həftə həmçinin FED-in Nyu-York, Dallas, Minneapolis, Filadelfiya nümayəndəlikləri rəhbərlərinin, FED rəhbərinin müavini Stenli Fişer (Stanley Fisher), FED-in İdarə Heyətinin üzvü Laela Breynardın da açıqlamalrı olacaq.
Bununla yanaşı, sabah ABŞ II rüb üzrə dəqiqləşdirilmiş ÜDM göstəricisi, cümə günü isə fiziki şəxslərin gəlir və xərcləri, istehlak xərclərinin baza indeksi, inam indeksi, yeni tikililərin satışı ilə bağlı göstəricilər açıqlanacaq.
Bu gün Bakı vaxtı ilə saat 17:00-da Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Mario Draginin avrozona iqtisadiyyatı və monetar siyasətlə bağlı Avropa Parlamentində çıxışı gözlənilir. Cümə günü isə MDragi Londonda keçiriləcək konfransda AMB-nin müstəqilliyi ilə bağlı çıxış edəcək. Hər iki çıxışda investorlar AMB-nin monetar ekspansiya proqramını nə zaman bitirəcəyi ilə bağlı açıqlamaları izləyəcəklər.
Sentyabrın 28-29-da İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karninin (Mark Carney) Londonda keçiriləcək konfransda çıxışı gözlənilir. Çıxışda Karninin uçot dərəcəsinin mümkün artırılması ilə bağlı fikirləri xüsusən önəmli olacaq. Qeyd edək ki, Karni bu ay keçirilən iclasda faizləri artırmaq istədiklərini bildirib.
Həmçinin, bu həftə Kanada və Yaponiya mərkəzi bankları rəhbərlərinin monetar siyasətlə bağlı açıqlamaları gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bu-hefte-abs-dollarinin-mezennesine-tesir-edecek-aciqlamalar-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR