"Topaz" şirkəti "Abşeron" yatağının işlənməsində iştirak edəcək

"Topaz" şirkəti "Abşeron" yatağının işlənməsində iştirak edəcək
13:57 25 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ “Topaz Energy and Marine” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz yatağının işlənməsi üçün subpodratçı statusu əldə edib. 
“Report” şirkətin bu gün yaydığı məlumata istinadən xəbər verir ki, dənizdə aparılan əməliyyatlarda gəmilər vasitəsi ilə əməliyyat aparmaq üzrə lider olan "Topaz" layihənin operatoru - “Total” şirkəti ilə müvafiq müqavilə imzalayıb.
SOCAR və “Total”ın yaratdığı ortaq şirkət - “Total E&P Absheron” (TEPAb) “Abşeron” layihəsində JOCAP adından fəaliyyət göstərir.
Açıqlamada deyilir ki, “Topaz” şirkəti “Abşeron” yatağında aparılacaq kəşfiyyat və işlənmə zamanı “TEPAb”ı gəmi ilə təmin edəcək. İşlərin bir ildən artıq çəkməsi gözlənilir.
“Bu, "Topaz" üçün əhəmiyyətli bir müqavilədir və şadıq ki, “Total” və SOCAR bizə güvənib. “Abşeron” yatağında da təhlükəsiz xidmətimizi göstərməyə davam edəcəyik”, - deyə şirkətin baş İcraçı direktoru Rene Kofod-Olsen deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/topaz-sirketi-abseron-yataginin-islenmesinde-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR