Komandası qol vurdu, baş məşqçi zədələndi

Komandası qol vurdu, baş məşqçi zədələndi
14:37 25 Sentyabr 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

"Valensiya"nın baş məşqçisi Marselino Qarsianın sevinci başına bəla olub. Fanat.Az xəbər verir ki, komandasının qoluna sevinən mütəxəssis zədə alıb.


La Liqanın VI turunda "Real Soseydad"la matçın 85-ci dəqiqəsində - hesab 2:2 olarkən Simon Zaza fərqlənərək komandasını önə keçirib. Qarsia qola elə sevinib ki, sol ayağından zədə alıb.


52 yaşlı mütəxəssis oyundan sonra hadisəyə zarafatla reaksiya verərək "Zədələnən mən olduğum müddətdə problem yoxdu. Əzələm çox ağrıyır. Bu kimi vəziyyətilərdə özümə daha yaxşı nəzarət etməyi öyrənməliyəm".


Qeyd edək ki, 3:2 hesablı qələbə qazanan "Valensiya" "Real"ı geridə qoyaraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-komandas-qol-vurdu-ba-mqci-zdlndi-t60762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR